Qəbiristanlıqda meyiti tapılan qadın “bomj” imiş – Ölüm səbəbi bilindi
Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən rus-tatar qəbiristanlığında qadın meyiti tapılıb.
Oxu.Az xəbər verir ki, sözügedən şəxs 1985-ci il təvəllüdlü Kristina Aleksandrovnadır.
Qadının içki aludəçisi olduğu, səfil həyat sürdüyü və serrozdan öldüyü məlum olub.
Hüquq-mühafizə orqanları qətl ehtimalını istisna edir. Belə ki, K.Aleksandrovna qəbiristanlığa bacısının qəbrini ziyarət etməyə yollanıb. Halı pisləşən qadın elə qəbiristanlıqda canını tapşırıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

