Qəbiristanlıqdan yoxa çıxan baş daşı – Müəmmalı oğurluq (VİDEO)
Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Olar? Olmaz!” verilişində maraqlı anlar qeydə alınıb.
“Minval.info” xəbər verir ki, teleaparıcı kimsəsiz qadının oğurlanan məzar daşından görüntülər təqdim edib. Bildirilib ki, bu qadın ölümündən əvvəl öz məzarının pulunu yaxınlarına verib. Nə qızı, nə oğlu olan qadının arzusu əsasında ona mərmərdən məzar daşı hazırlanıb. Çox təssüff ki, o daş da xanıma qismət olmayıb.
Daha sonra “kişi sözü” başlıqlı mövzu təqdim edilib. Belə ki, iki həftə əvvəl kasıbın avtomobilini satan ustadan veriliş tamaşaçılara təqdim edilmişdi. Usta milyonların qabağında səhvini etiraf etmiş və on gün ərzində pulu qaytaracağını bildirib.
Amma Binəqədi ərazisində yaşayan Şahruz bəy sözününü üstündə durmayıb.
Maraqlı anları sizə təqdim edirik.
Minval.info


