Qəddafinin məktubu Putinə çatıbmı? – Peskov açıqladı

“Liviyanın keçmiş lideri Muəmmər Qəddafinin oğlu Seyfül-İslam Qəddafinin məktubunun Rusiya lideri Vladimir Putinə çatıb-çatmaması ilə bağlı məlumatım yoxdur.”
Axar.az xəbər verir ki, bu barədə Kreml mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə müraciət edilməlidir.
Qeyd edək ki, Seyfül-İslam Qəddafinin bundan öncə Putinə xüsusi məktub göndərdiyi haqqında məlumat yayılıb. Məktubda Qəddafi Moskvadan seçkidə ona dəstək verməsini istəyib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

