Qələbənin Brüssel davamı: bu görüş nəyi dəyişəcək? – ŞƏRH

Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.
 
Zəngəzur dəhlizində də gömrük postları olmamalıdır - Prezident
 
Üçtərəfli görüşdə müəyyən bir çox məsələlərə aydınlıq gətirilib.
 
Bəs Brüssel görüşünün həlledici təsiri olacaqmı?
 
 
Mövzunu Minval.info-ya şərh edən politoloq Qabil Hüseynli bildirib ki, ortada bəzi kompromislər olacaq, ancaq perspektiv hər-halda ümidvericidir:
“Buraya kommunikasiyaların, eyni zamanda Zəngəzur dəhlizinin açılması da daxildir. Düşünürəm ki, yaxın vaxtlarda bu proses başlaya bilər. Zəngəzur dəhlizi məsələsində Brüssel görüşünə qədər prinsipial razılaşmalar olsa da, Brüssel görüşü göstərdi ki, tərəflərin buna yanaşmasında xeyli fərqli mövqelər var. Bu da bu məsələnin həyata keçməsinin çətin olacağını göstərir. Amma ermənilər hələ də yol terminindən istifadə edirlər. Dəmiryolu və şose yolunun yanaşı olmasını istəmirlər. Lakin Sovet İttifaqında onlar yanaşı idi”.
Politoloq vurğulayıb ki, Azərbaycan dəmiryol xəttinin çəkilməsinə nail olacaq:
“Bu həm də Türkiyənin istəyidir. Buna artıq həll edilmiş məsələ kimi yanaşıla bilər. Amma koridor məsələsində əgər ermənilər şose yolunda özlərinin gömrük, sərhəd xidmətinin yoxlamalarını həyata keçirərlərsə, o zaman Azərbaycan adekvat prosesi Laçın koridorunda da həyata keçirməyə çalışacaq. Tərəflər sərhədlərin delimitasiyası məsələsində də prinsipial razılaşma əldə edib. Demək olar ki, hər iki tərəfin işçi qrupunun tərkibi təxminən müəyyən edilib. Amma onların işə başlaması istiqamətində konkret addımlar yoxdur. Ola bilər ki, Brüssel görüşündən sonra müəyyən addımlar atmağa başlanılsın.
Həmçinin, ola bilər ki, Brüssel görüşündən sonra Putin Soçi görüşlərinin davamını istəsin və təşəbbüsü yenidən öz əlinə alsın. Çünki Brüssel görüşünü xeyli formal görüşə çevirmək istəyirdi. Demək olar ki, o alınmadı. Amma Soçi görüşlərinin davamı mütləq olmalıdır, buna əvvəlcədən razılaşıblar. Düşünürəm ki, sülh yaratmaq prosesi qərblə Rusiyanın dərin rəqabəti prosesində baş verir. Rusiya da bu prosesdə liderliyi ələ alıb, məsələni özləri həll etmək istəyir. Təbii ki, bu məsələdə Rusiyanın şansı daha çoxdur. Azərbaycan Rusiyanın moderatorluğu ilə sülhyaratma prosesinin başlanmasına daha çox bel bağlayır”.
Q. Hüseynlinin fikrincə, burada daha çox tərəflərin prosesə qarışması ilə məsələlərin mürəkkəbləşməsi meyli də var:
“Qızıl ortanı tapmaq lazımdır. Gedən prosesdə ermənipərəsət meyllər istər Avropa Şurası İttifaqı, istərsə də müəyyən qədər Rusiya tərəfindən özünün açıq büruzə versə də, biz bu proseslərin sona çatması üçün daha pozitiv mövqe tutan tərəflə əlaqələri gücləndirməliyik. Brüssel görüşündə müəyyən məqamların üst-üstə düşməsi o demək deyil ki, bundan sonra proseslər həmin istiqamətdə irəliləyəcək. Çünki prosesə Rusiyanın müdaxiləsi kifayət qədər real görünür və bütün məsələlərə yanaşma prosesində fərqli bir istiqamət yarana bilər”.
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov isə Minval.info-ya qeyd edib ki, Brüssel görüşü Azərbaycanın qalib tərəf kimi diqtə etdiyi şərtləri növbəti dəfə təsdiqlənməsi ilə yekunlaşıb:
“Brüssel görüşü nəticəsində qəbul edilmiş bəyanatlar, həm 10 noyabr bəyanatı, həm 11 yanvar Moskva görüşündə əldə edilmiş razılaşma, həm də 26 noyabr Soçi bəyanatının müddəalarının təcilli yerinə yetirilməsi ilə bağlı Avropa İttifaqı Şurasının da mövqeyi ortaya qoyuldu. Eyni zamanda bizim üçün müstəsana əhəmiyyətə malikdir ki, Brüssel bəyanatında birinci Qarabağ müharibəsindən bu günə qədər taleyi məlum olmayan 4 minə yaxın azərbaycanlı əsir və itkin düşmüşlərlə bağlı da qərar verildi. Düşünürəm ki, bugünə qədər beynəlxalq təşkilatlardan bu mövzuda layiqli bir cavab almayan, hansısa bir sərt reaksiya ilə qarşılaşmayan Ermənistanın Birinci Qarabağ Müharibəsində əsir və itkin düşmüş azərbaycanlılarla bağlı məlumatları ölkəmizə təqdim edtməkdən başqa heç bir yolu qalmayıb. Eyni zamanda Zəngəzur dəhlizinin açılması və dəmiryolu xətlərinin qarşılıqlı şəkildə fəaliyyətə başlaması ilə bağlı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel konkret mövqe ortaya qoydu və Brüssel bəyanatında da bu müddəa öz əksini tapdı”.
Politoloq qeyd edib ki, ümumilikdə Brüssel görüşünün bizim üçün ən böyük müstəsna əhəmiyyəti Azərbaycanın hərbi sahədə qazandığı zəfərdən sonra, diplomatik sahədə də öz qələbələrini davam etdirməsidir:
“Brüssel görüşü bütövlükdə Azərbaycanın maraqlarına xidmət edir. Uzun müddətdir Nikol Paşinyan tərəfindən qərbin siyasi institutlarını hansısa təxribatlarla, fərqli mövqeyə çəkməyə çalışılan siyasəti iflasa məruz qaldı. Avropa Şurası İttifaqı da Azərbaycanın haqlı və ədalətli mövqeyini və onun irəli sürdüyü şərtlərin regionun gələcəyi üçün önəmli olduğunu almış olduğu qərarlarla göstərdi. Bundan sonra Paşinyanın alternativ hansısa təxribatlar törətmək üçün heç bir şansı qalmır. İndiyə qədər Rusiyaya qarşı tənqid və təhqir fonunda siyasət həyata keçirən Paşinyan Avropa İttifaqı Şurasından daha fərqli mövqe gözləyirdi amma dünənki görüş də göstərdi ki, bütövlükdə Cənubi Qafqazla bağlı Avropa İttifaqı Şurası ilə Rusiyanın siyasəti toqquşur. Həmçinin Avropa İttifaqı Şurası ilə Rusiya Cənubi Qafqaz siyasətində eyni baxışlara və mövqelərə malikdir”.

Siyasət

Nəşr edilib: 2021/12/15 13:31

Baxış: 40


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06