Qəzəbli şir sahibinə hücum çəkdi – DƏHŞƏTLİ VİDEO
Cənubi Afrikada zoorpark sahibi şirlərin olduğu qəfəsə girib və onların hücumuna məruz qalıb. Hadisə izləyicilər tərəfindən kameraya çəkilib.
Minval.info xəbər verir ki, zoorparkın sahibi iddia olunan yaşlı kişi şirlərin yaşadığı qəfəsə girdikdən bir neçə saniyə sonra şir ona hücum edib. Yaşlı kişinin boğazından yapışan şir onu kolluqların arxasına kimi sürüyüb, ağrılar içində qıvrılan adam ətrafdakı insanlardan kömək istəyib. Bir neçə dəfə atəş açan zoorpark işçiləri pəncəsi ilə adama zərbələr endirən şiri zərərsizləşdirə biliblər.
Güllə yarası alan şir həyatını itirib, yaşlı kişi isə xəstəxanaya qaldırılıb. Onun hansı səbəbdən şirlərin olduğu qəfəsə girdiyi isə hələ ki, məlum deyil…
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

