Qəza keçirən Elton canlı yayıma bağlandı: “Hər şey yaxşıdır, amma…” – Video
Məlum olduğu kimi, bu gün səhər saatlarında müğənni Elton Hüseynəliyev avtomobil qəzasına düşüb.
Minval.info xəbər verir ki, “Hər şey daxil” verilişinin canlı efirində aparıcı Tarix Əliyev onunla telefon vasitəsilə əlaqə saxlayıb.
Prodüser müğənnidən səhhətinin necə olması və qəza barədə soruşub. E.Hüseynəliyev vəziyyətinin yaxşı olduğunu, yalnız qolundan yüngül zədə aldığını bildirib.
“Sağ-salamatam hər şey qaydasındadır. Qəza qədərdir. Həyatda belə şeylər olur. Görünən və görünməyən qəza qədər var. Həyatda kiminsə xəstəsi, problemi olur. Bu da görünən avtomobil qəzasıdır ki, qədərdə var idi. Allaha şükrlər olsun ki, özüm sağ-salamatam. Xalqımıza can sağlığı arzu edirəm. Azərbaycan xalqı mədəniyyətinə görə birinci yerdədir. Qəza keçirəndə istər insanların, istər yol polislərinin nə qədər mehriban olduğunu gördüm. Çox sağ olun”.

