Qəza pilotların səhlənkarlığından baş verib – Prokurorluq
“Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı hazırda istintaq davam etdirilir”.
Minval.İnfo xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bildirib.
O deyib ki, qəza pilotların səhlənkarlığı ucbatından baş verib.
“Cinayət işi çərçivəsində yol verilmiş digər qanun pozuntularıının aşkarlanması əsas hədəfimizdir. Bu iş üzrə yekun qərar qəbul edilməyib”, – o vurğulayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

