Qəzaya düşən Əməkdar artistin vəziyyətində ciddi problem yaranıb
Xəbər verdiyimiz kimi, Əməkdar artist Mehriban Xanlarova avtomobil qəzası keçirib.
Minval.info xəbər verir ki, aktrisanın vəziyyətinin ağır olduğu bildirilib. Xanlarovanın “Instagram” səhifəsində yaxınları paylaşım edərək, onun səhhətinin pişləşdiyi vurğulanıb:
“Keçirdiyi avtomobil qəzası nəticəsində Mehriban xanımın səhhətində ciddi problemlər yaranıb. Hal-hazırda vəziyyəti orta ağırdır. Dualarınıza ehtiyacı var”.
Qeyd edək ki, qəza Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib. Hadisə nəticəsində aktrisanın ayağı sınıb. Yaralılar Klinik Tibbi Mərkəzə gətiriliblər.
XƏBƏR LENTİ
2025/11/19 14:22

