Qadın hakim huşunu itirdi

Qadın futbolçular arasında keçirilən dünya çempionatının seçmə mərhələsinin Almaniya – Serbiya matçında xoşagəlməz hadisə yaşanıb.
Minval.info xəbər verir ki, qarşılaşmanın 30-cu dəqiqəsində ingiltərəli yan xətt hakimi Elen Edvards huşunu itirib. O, həkimlərin ilkin müdaxiləsindən sonra özünə gəlsə də, işinə davam edə bilməyib.
Xəstəxanaya çatdırılan Elenin vəziyyəti sabitdir.
Almaniya – Serbiya matçı 5:1 hesabıyla bitib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

