Qadın sürücü avtomobilini su kanalına aşırdı
Beyləqanda yol qəzası baş verib.
Trend-in məlumatına görə, rayonun girişində qadın sürücü 90 UF 203 “Nissan Teana” markalı avtomobili ilə hərkətdə olarkən idarəetməni itirib. Yol kənarındakı ağaca çırpılan avtomobil daha sonra su kanalına aşıb.
Xəsarət alan qadın sürücü sakinlər tərəfindən xilas edilərək xəstəxanaya çatdırılıb. Hadisə yerinə cəlb olunan qaldırıcı kranın köməyi ilə avtomobil sudan çıxarılıb.
Qəza ilə bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

