Qadının əllərini bağladılar və… – ABŞERONDA
Abşeron rayonunda quldurluq hadisəsi qeydə alınıb.
Minval.info xəbər verir ki, Ceyranbatan qəsəbəsində yaşayan K.Sahibovanın evinə basqın edilib. Pəncərədən girmiş naməlum şəxs onun əllərini iplə bağlayaraq bıçaqla hədələyib. Cinayətkar oradan 50 manat pul və 300 manat dəyərində qızıl əşyalar aparıb.
Faktla əlaqədar cinayət işi başlanıb.
Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Ceyranbatan qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Elnur Axundov və Rafiq Ağayevin tutulduğu bildirilir.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

