Hadi Rəcəbli: “Qadının yanında siqaret çəkmək mədəniyyətsizlikdir, tərbiyəsizlikdir”

“Məktəblərdə tütün əleyhinə təbliğat fotoları asılmalı, maarifləndirmə işi gücləndirilməlidir”

Minval.İnfo xəbər verir ki, bu sözləri Azərbaycan Milli Məclisinin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Deputat bu sözləri APA-ya verdiyi müsahibə zamanı deyib: “İlk növbədə deyim ki, bu qanun artıq 2 ildir, komitədə və parlamentin kluarlarında müzakirə olunurdu. Qanunun üzərində isə 10 il əvvəldən işləməyə başlamışıq. İctimai rəyi öyrənirdik, qurumlarla işləyirdik və s. Qanunu tətbiqi ilə bağlı nə etmək lazımdır? Bu məsələdə maarifləndirmə ilk yerdə gəlir. İctimai yerlər, məsələn, şadlıq evləri siqaret və digər tütün məmulatlarından istifadənin qadağan olunduğunu hər yerə yazıb yapışdırmalıdır. Yoxsa, görürsən, məclisdə oturub stolun arxasında siqaret çəkir. Bu tərbiyəsizlikdir. Təbliğat gücləndirilməlidir, maarifləndirmə işi güclü aparılmalıdır. İctimai yerdə, qadının yanında siqaret çəkmək mədəniyyətsizlikdir, tərbiyəsizlikdir! Bütün təşkilat və qurumlar qanunun icrasını həyata keçirməlidir. Qanun hər kəs qarşısında məsuliyyət yaradır. Maarifləndirmənin bir qolu da məktəblərdir. Məktəblərdə tütün əleyhinə təbliğat fotoları asılmalı, maarifləndirmə işi gücləndirilməlidir. İdarə və təşkilatlarda geniş iş aparılmalıdır. Vətəndaş məsuliyyəti hiss edilməlidir.

Təbliğat təfəkküründə də yenilik olmalıdır. Məsələn, yadınıza gəlirsə, bir vaxtlar “Marlboro” siqaretini at üstündə kovboyun əzəmətli görünüşü ilə elə reklam edirdilər ki, sanki bu siqareti çəkmək əzəmətli olmaq deməkdir. Bax, bu cür yanlışlıqları birdəfəlik silib atmaq lazımdır. Məsələn, şəxsən mən yaxın ətrafımda kim siqaret çəkirsə, üzünə deyirəm ki, “Səndən siqaret iyi, pis iy gəlir, məndən uzaq dur”. Onun bu əməlinin yanlış olduğunu açıq şəkildə üzünə deyirəm. Hər kəs belə etməli, bu zərərli vərdişə aludə olanları qınamalıdır”.

Vacib

Nəşr edilib: 2018/01/10 20:10

Baxış: 612


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06