Qadınla 2 körpəsini taksidən zorla düşürən sürücü həbs edildi

Bu günlərdə Sumqayıtda müştəriyə qarşı xuliqanlıq hərəkətləri etməkdə təqsirli bilinən taksi sürücüsü həbs edilib.

“Minval.info” xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Liman” klinikasının qarşısında baş verib. Belə ki, taksi şirkətlərdən birinin sisteminə qoşulmuş 1988-ci il təvəllüdlü Taleh Məmmədov sifariş əsasında “Renault” markalı avtomobili ilə klinikanın qarşısındakı 35 saylı binanın yaxınlığına gələrək gözləyib. Bir qədər keçdikdən sonra xanım müştəri 2 körpəsi və çantaları ilə ona yaxınlaşıb. Sürücü qadına onu 16 dəqiqədir gözlədiyini bildirərək irad tutub və buna görə əlavə ödəniş tələb edib. Müştəri isə bundan imtina edib. Taksi sürücüsü sükan arxasından düşərək arxa oturacağa əyləşmiş qadını və körpələrini zorla aşağı düşürüb və sürərək uzaqlaşıb.

Hadisə barədə qadının polisə müraciət etməsindən sonra axtarış tədbirləri həyata keçirilib və bir neçə gün sonra Taleh saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib və Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

Hadisə

Nəşr edilib: 2022/06/13 13:58

Baxış: 29


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06