Qadınları başdan çıxaran, qadağa qoyulan ətir…

Qədim zamanlardan bəri qadınlar müxtəlif gözəllik vasitələrindən istifadə edirlər.

İnsanı rəzil də, vəzir də edəcək ətirlər günümüzdə qadınların əvəzolunmaz gözəllik vasitələri sırasında liderlik edir.

Ətir az qala insanlıq tarixi ilə həmyaşıddır desək, yanılmarıq. Minval.info xəbər verir ki, oddan istifadə edilməyə başladığı vaxtdan insanlar müxtəlif bitkiləri yandıraraq sadəcə onlardan ortaya çıxan qoxuları yenidən əldə etməyə çalışırdılar.  Daha çox dini mərasimlərdə yandırılan bitkilərdən əldə edilən qoxulu dumanlar bu gün “ətir” olaraq bildiyimiz sözün yaranmasına səbəb olub. Bu kəlimə latınca “ətirli duman” mənasını verən “per fuma” ifadəsindən yaranıb.

Qədim Misir ətrin yarandığı ilk yer olaraq tarixə keçmişdir. Misirdə Plutarxosun xına, darçın, hind sünbülü, bal, üzüm qarışımından əldə etdiyini söylədiyi “Kifi”, bilinən ən qədim ətir nümunəsidir. Duşun günlük həyatlarında çox önəmli bir yer tutduğu bilinən misirlilər yuyunduqdan sonra bədənlərini ətirli yağlarla ovurdular.

Onu da qeyd edək ki, mədəniyyətin ən təpələrdə gəzdiyi və barmaqla göstərildiyi Avropada duş qəbulu qadağan idi. Bunun başlıca səbəblərindən biri avropalıların suyun tərkibində müxtəlif xəstəliklərə səbəb olan mikrobların olmasına inamı idi. Digər bir səbəb isə təmizlənmiş vücudun hava ilə təması nəticəsində açılmış dəri məsamələrindən ölümcül xəstəliklərin bədənə daha tez daxil olması idi.

Misirdən sonra ətir ənənəsi assurlar, babillər, farslar, yunanlara keçmişdir. Belə ki, gözəl qoxunu əvvəlcə tanrılarının istifadəsinə buraxan yunanlar o dərəcə ifrata qaçmışdılar ki, hökmdar Solon ətir istifadəsinə qadağa qoymalı oldu, lakin, əlbəttə, heç kim bu qadağanı ciddiyə almadı.

Bilinən ilk müasir xüsusiyyətlərə sahib ətir isə 14-cü yüz il, 1370-ci ildə hazırlanıb. “Macar suyu” adı verilən ətir esans (ətirli və uçucu maddə) və rozmarin yağıyla spirt qarışığından əldə edilmiş və gözəlliyi ilə məşhurlaşan Macar kraliçasına hədiyyə edilmişdi.

16-cı yüzillikdə şüşə sənətinin inkişafı ilə bərabər ətrin də inkişafında sürətlənmə baş verdi. Həmin ərəfələrdə Fransa ətir sənayesində hakimiyyəti artıq öz əlinə almışdı. Lakin o vaxtlar ətrin bədənə vurulması düzgün qəbul edilmədiyi üçün geyimlərdə, zinət əşyalarının üzərində istifadə edilirdi.

20-ci yüzillikdə isə ətirlərin şüşələri öz dəbdəbəsi görə bir-biri ilə yarışırdı. Artıq ətir sadəcə pis qoxunun qarşısını almaq üçün yox, həm də diqqət çəkmək üçün istifadə olunmağa başladı və modern cəmiyyətin ayrılmaz parçasına çevrildi.

Niyə bir ətir hər kəsdə fərqli qoxur?

Bəzən biz bir başqasında ətrin qoxusunu bəyənib almaq istəyirik. Lakin aldığımızda xəyal qırıqlığına uğrayırıq. Alimlər bunu dərimizin florası, digər bir deyimlə, bədənimizdə olan yararlı bakteriyalarla əlaqələndirir. Vurduğumuz ətir bədənimizdəki digər canlı orqanizm tərəfindən udulur, bu baxımdan dəriyə görə ətrin iyi fərqli ola bilər. Alacağınız ətrin qoxusunu bəyənib-bəyənməyəcəyinizi isə bədəninizə vurduqdan 1-2 saat sonra anlaya bilərsiniz.

Ətrin qalıcılığı üçün nə etməli?

Bu sahə üzrə ekspert Vaklav Herzoq qalıcılığı əldə etmək üçün geyimlərimizin və saçımızın ideal olduğunu söyləyir. Bununla yanaşı damarlarımızın dəriyə ən yaxın olduğu yerlərin də işə yaradığını söyləyir. Damarların dəriyə yaxın olduğu yerlər daha isti olduğu üçün iyi uzun müddət mühafizə edə bilir.

Ətir nə qədər keyfiyyətli olsa da, gün içində onları yeniləmək şərtdir. Bu zaman havanın istiliyi və nəmi də çox böyük önəm kəsb edir. Nəm olmayan ortamda qalıcılıq az olacağı üçün 2 saatdan bir onu yenilmək lazımdır, lakin nəm yerlərdə ətrin qalıcılığı nisbətən uzun müddət davam edəcək.

Bəzən aldığımız ətirlərin qalıcılıq müddətini müzakirə edirik. Ətirdən düzgün istifadə etməklə onun tam keyfiyyətini əldə etmək olur. Məsələn, ölkəmizdə ucuz, amma qalıcılıq müddəti baxımından adından söz etdirə bilən yeganə ətir markası SOEL-dir. Təbii ki, bu ətirləri istifadə edən zaman dediyimiz qaydalara riayət etsəniz onun qoxusu uzun müddət üzərinizdən getməyəcək.

Məleykə Ağasoy

Minval.info

Ölkə

Nəşr edilib: 2018/06/06 15:56

Baxış: 1278


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06