Qala divarlarını yazanlar niyə sərbəst buraxıldı?

İçərişəhərin qədim Qala divarları bayram günlərində bir qrup yeniyetmələr tərəfindən yazılmışdı. Saxlanılan yeniyetmələrin sərbəst buraxılması sosial şəbəkələrdə mübahisə yaradıb. Tarixi Qala divarlarına qarşı edilən bu cür hörmətsizlik ilk dəfə baş vermir. Ümumiyyətlə, Bakı küçələrində rəngli markerlərlə səliqəsiz şəkildə yazılan divarlar tez-tez rastımıza çıxır. Bu görüntülər şəhərin gözəlliyini pozur. Bəs görəsən belə şəxslərə qarşı qanunvericilikdə hansı cəza tətbiqi nəzərdə tutulub?

Minval.info xəbər verir ki, bununla bağlı Axar.az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov bildirib ki, həmin şəxslərə qarşı cinayət işi açıla bilməz:

“İnzibati Xətalar Məcəlləsinin 231.3. maddəsinə əsasən “Mədəni və təbii irsin qorunması”, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması” haqqında Azərbaycan Respublikasının Qanunu əsas götürülür. Tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə xəbərdarlıq edilir. Fiziki şəxslər 50 manatdan 100 manatadək, vəzifəli şəxslər 250 manatdan 300 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək cərimə edilir. Bu cür əməllər cinayət məsuliyyəti yaratmadığından həmin şəxslər barəsində cinayət işi açıla bilməz”.

Qeyd edək ki, İçərişəhərdəki qədim Qala divarlarında 3 məktəbli (P.Bayramlı, M.Məmmədli və D.Verstakov) şəkillər, qrafiklər çəkib, müxtəlif yazılar yazıblar. Hadisədən sonra hər üç şəxs valideynləri ilə birlikdə polis bölməsinə çağırılıb, onlarla profilaktiki söhbətlər aparılıb, xəbərdarlıq edilib, daha sonra sərbəst buraxılıblar.

 

Hadisə

Nəşr edilib: 2021/11/12 15:05

Baxış: 33


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06