“Qalatasaray” 30 milyonluq oyunçunu transfer etdi – FOTO, VİDEO
Türkiyənin “Qalatasaray” klubu heyətinə yeni futbolçu qatıb.
“Minval.İnfo”nun məlumatına görə, İstanbul təmsilçisi İngiltərənin “Fulhem” klubunun yarımmüdafiəçisi Jan-Mikael Serini icarəyə götürüb.
Fil Dişi Sahilindən olan 28 yaşlı futbolçu 2019/2020 mövsümündə “sarı-qırmızılar”ın formasını geyinəcək. Onun “Fulhem”lə anlaşması isə 2022-ci ilədəkdir.
“Qalatasaray” bu trasfer üçün 1.8 milyon avro ödəyib. Oyunçu isə 1 il üçün 2.5 milyon avro maaş alacaq. Müqaviləyə əsasən “Cimbom” Serini istəsə ilin sonunda 18 milyon avroya tam transfer edə bilər. Serinin hazırda bazar dəyəri 30 milyon avrodur.


XƏBƏR LENTİ
2025/11/19 14:22

