“Qalatasaray” 7 transferi açıqlayır – SİYAHI
“Qalatasaray” transfer çalışmalarını sürətləndirib.
Fanat.Az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul klubu qarşıdakı 2-3 gün ərzində 7 transferi açıqlayacaq. Həmin futbolçuların adlarını təqdim edirik.
1. Ryan Babel – İngiltərinin “Fulhem” klubu ilə müqaviləsi bitdiyi üçün transfer haqqı ödənilməyəcək.
2. Cimmi Durmaz – Fransanın “Tuluza” klubu ilə müqaviləsi bitdiyi üçün transfer haqqı ödənilməyəcək.
3. Valentine Ozornvafor – Nigeriyanın “Enyimba Aba” klubundan transfer olunan 20 yaşlı müdafiəçi təcrübə toplamaq üçün başqa kluba icarəyə veriləcək.
4. Yusuf Erdoğan – “Bursaspor” la müqaviləsi bitdiyi üçün transfer haqqı ödənilməyəcək.
5. Adem Büyük – “Yeni Malatyaspor”la müqaviləsi bitdiyi üçün transfer haqqı ödənilməyəcək.
6. Şener Özbayraklı – “Fənərbaxça” ilə müqaviləsi bitdiyi üçün transfer haqqı ödənilməyəcək.
7. Kristian Luyindama – Qış fasiləsində Belçikanın “Standard” klubundan icarəyə götürələn 25 yaşlı müdafiəçinin transfer hüququ alınacaq.

