“Qalatasaray” – “Başakşəhər” oyununu Cüneyt Çakır idarə edəcək
Türkiyə Superliqasının XXXIII turunun hakim təyinatları açıqlanıb.
“Minval” xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “Qalatasaray” və “Başakşəhər” arasında matç Cüneyt Çakıra tapşırılıb.
O, mayın 19-da baş tutacaq qarşılaşmada baş hakim olacaq. Görüş “Türk Telekom Arena”da keçiriləcək.
Qeyd edək ki, hər iki komandanın 32 turdan sonra 66 xalı var.
XƏBƏR LENTİ
2025/11/19 14:22

