“Qalatasaray”da dəyərlər artır – Klubların gözü bu futbolçulardadır
Qismət “Qalatasaray”ın üzünə gülüb
Çempionluğa ən böyük namizəd kimi göstərilən “Qalatasaray”da futbolçular hər keçən gün daha çox dəyərə minirlər.
Sarı-qırmızılı komandanı uğura aparan 7 futbolçuya böyük təkliflər var..
Younes Belhanda, Badou Ndiaye, Maicon Fernando, Sofiane Feghouli, Mariano və Bafetimbi Gomis kimi məşhur simaları sezonun başında 28.5 milyon avro qarşılığında transfer edən Cimbom sezonun ortalarında sadəcə Ndiaye transferi ilə 16 milyon avronu cibinə qoymağa müvəffəq olub. 7.5 milyon avroya transfer edilən Ndiaye dəyərinin iki qatından daha çox məbləğ ilə Stoke City-nin yolunu tutub.
Yaz mövsümü üçün transfer hazırlıqları edən bir çox klub sarı-qırmızılı komandanın digər ulduzlarını da izləməyə başlayıblar. Liqada 27 həftə ərzində 27 qol vuran, 5 məhsuldar ötürmə edən Bafetimbi Gomis Amerika və Çin klublarının diqqətini çəkib. 25 oyunda 15 qolda birbaşa köməyi olan Feghouli İspaniyanın, Fernando və Mariano isə Braziliya klublarının diqqət mərkəzindədir. Rodrigues-ə ingilis klublarından indi də təkliflər gəlməyə davam edir.
Çempionluğu qarşısına əsas hədəf kimi qoyan “Qalatasaray” rəhbərliyi transfer təkliflərinə qulaqlarını yumarkən, rəhbərlik gələn təkliflər yüksək olmadığı müddətcə qulaq ardına vurmağa davam edəcəyini deyib. “Qalatasaray”lı futbolçular üçün istəniləcək məbləğin transfer edildikləri pulun ən az iki qatı olacağı qeyd edilir.
Prezident Mustafa Cengiz Rodriguesə transfer təkliflərinin olduğunu açıqlayıb. Onun sözlərinə görə, İngiltərədə orta sıralarda yer alan bir klubun sağ müdafiəçisi belə 30 milyon avroya satılır. Buna görə də Rodriguesi ucuza buraxmayacağına vurğu ilə diqqət çəkib.
Minval.İnfo

