“Qalatasaray”da Falkao şoku
“Qalatasaray”ın zədəli futbolçusu Radamel Falkaonun son durumu məlum olub.
Minval.info xəbər verir ki, sağ ayağında əzələ ağrısı hiss edən kolumbiyalı hücumçu 2-3 həftə meydana çıxa bilməyəcək.
Onun iyunun 28-də Superliqanın 29-cu turunda çempionluq uğrunda əsas rəqiblərindən olan lider “Başakşəhərlə” görüşü buraxacağı dəqiqdir.
Qeyd edək ki, 34 yaşlı forvard Superliqanın son turunda “Qaziantep”lə görüşdə (3:3) zədələnib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

