“Qalatasaray”-dan inamlı qələbə
Türkiyənin “Qalatasaray” klubu yoldaşlıq oyununda Yunanıstan təmsilçisi “Panatinaykos”-u 2-1 hesabı ilə məğlub edib.
Minval.info xəbər verir ki, İstanbul təmsilçisinin qollarını matçın 10-cu dəqiqəsində Adəm Büyük və 62-ci dəqiqədə Donk vurub.
“Qalatasaray”-ın yeni transferləri Emre Mor və Sari bu oyunda ilk dəfə sarı-qırmızı formanı geyinib. İstanbul nəhəngi oynadığı 4-cü yoldaşlıq oyununda 2-ci qələbəsini qazanıb.
Nazim Hacıyev
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

