“Qalatasaray” dünya səviyyəli ulduzla güclənir- İstanbula getdi
“Qalatasaray” ulduz hücumçu ilə güclənməyə çox yaxındır.
Fanat.Az “Footmercato”ya istinadən xəbər verir ki, İstanbul nəhəngi PSJ-nin hücumçusu Mauro İkardini heyətinə qatmaq üzrədir.
Xəbərə görə, ötən həftə həyat yoldaşı və agenti Vanda Nara ilə birlikdə Türkiyəyə yollanan argentinalı forvard gördüklərindən məmnun qalıb. İstanbulda “Qalatasaray” rəhbərliyi ilə görüşən cütlük həm klub idarəçilərinin qonaqpərvərliyini, həm də gəzməyə şəhəri bəyənib.
Mənbə 29 yaşlı futbolçunun “sarı-qırmızılar”a icarəyə veriləcəyini və “aslanlar”ın formasını geyindiyi müddətdə maaşının bir hissəsinin PSJ tərəfindən ödəniləcəyini vurğulayıb.
Qeyd edək ki, baş məqşçi Kristof Qaltye2020-ci ilin yayında Milan “İnter”indən transfer edilən İkardini komandadan uzaqlaşdırıb. O, Paris klubunun gələcək planlarına daxil olmayan futbolçularla birlikdə məşq edir.

