“Qalatasaray”ın hücumçu transferində son vəziyyət
Bafetimbi Gomisin ərəb komandası “Əl-Əhliyə” transferindən sonra “Qalatasaray” rəhərliyindən 2 hücumçu alınmasını tələb edən Fateh Terimin siyahısında olan oyunçuları təqdim edirik.
Minval.İnfo xəbər verir ki, Fransanın “RMC Sport” agentliyi “Qalatasaray”ın hücumçu transferi haqqında önəmli xəbərlər yayımlayıb. Çinin “Tianjin Quan” komandasında oynayan Antonio Modeste haqqında maraqlanan “Qalatasaray”, bu oyunçu ilə masaya oturmaq istəyir.
“Qalatasaray”ın keçmiş oyunçusu olmuş, sonradan “Stok Siti”yə transfer olmuş Badou Ndiaye yenidən “Qalatasaray”ın gündəminə gəlib.
Oyunçuyla ciddi şəkildə maraqlanan “Qalatasaray” klubu yaxın günlərdə Ndiaye ilə də masaya oturmağı hədəfləyir. Lakin “Qalatasaray”a bu transferdə “Fənərbağça” da rəqib olub.
“Fənərbağça” da Josef de Souzanın ayrılığından sonra mərkəz xəttində yaranmış boşluğu Badou Ndiayelə doldurmaq istəyir. Bəzi iddialara görə, “Qalatasaray” keçmiş futbolçusu Burak Yılmazı da transfer etmək istəyir.
Vüqar Mirzəbəy
Minval.İnfo


