“Qalatasaray”ın stadionunda kran aşıb, 3 nəfər xəsarət alıb

Türkiyənin “Qalatasaray” klubunun ev oyunlarını keçirdiyi NEF stadionunda kran aşıb.
“Minval.info” “Fanatik”ə istinadən xəbər verir ki, nəticədə 3 nəfər xəsarət alıb.
Aşan kranın çıxarılması istiqamətində işlər davam etdirilir. Hadisə yerinə polis, təcili yardım və xilasetmə cəlb olunub.
Xəsarət alanlar xəstəxanaya aparılıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

