“Qalatasaray”lıların gözlədiyi gün: Falkao bu gün meydana çıxacaq
Bu gün Türkiyə Super Liqasında 4-cü tura start veriləcək.
Turun oyunları 4 günü əhatə edəcək. Açılış matçında son çempion “Qalatasaray” “Kasımpaşa”nı qəbul edəcək.
“Başakşəhər” “Sivasspor”, “Beşiktaş” isə “Qazişəhər”lə qarşılaşacaq. “Fənərbaxça” isə bu turda səfərdə “Alanyaspor”la üz-üzə gələcək.
“Qalatasaray”ın yeni transferi Radamel Falkaonun bu gün ilk dəfə meydana çıxacağı gözlənilir.
Türkiyə Super Liqası, 4-cü tur
13 sentyabr
21:30 Qalatasaray – Kasımpaşa
14 sentyabr
18:00 Başakşəhər – Sivasspor
21:00 Antalyaspor – Kayserispor
21:00 Qazişəhər – Beşiktaş
15 sentyabr
18:00 Ankaragücü – Yeni Malatyaspor
18:00 Rizəspor – Göztəpə
21:00 Dənizlispor – Konyaspor
21:00 Trabzonspor – Gənclərbirliyi
16 sentyabr
21:00 Alanyaspor – Fənərbağça
XƏBƏR LENTİ
2025/11/19 14:22

