“Qalatasaray” Musleraya əvəzedici tapıb – İspaniyada
“Sevilya”nın qapıçısı Serxio Riko karyerasını Türkiyədə davam etdirə bilər.
Fanat.Az “As” nəşrinə istinadən xəbər verir ki, “Qalatasaray” Rikonun xidmətində maraqlıdı. “Sarı-qırmızılar”ın rəhbərliyi 26 yaşlı qolkiperi uzun müddətə sıradan çıxan Fernando Musleranın əvəzedicisi hesab edir.
Riko 2019/2020 mövsümünü icarə əsasında PSJ-də keçirib. 8 matçda meydana çıxan ispan qapıçı 6 qol buraxıb.
“Transfermarkt” portalı Rikoya 8 milyon avro qiymət qoyub.
XƏBƏR LENTİ
2025/11/19 14:22


