“Qalatasaray” Türkiyə çempionu olub
Futbol üzrə Türkiyə Super Liqasının qalibi sona bir tur qalmış bəlli olub.
Minval.info-nun məlumatına görə, dünən baş tutan qarşılaşmada “Qalatasaray” qalib gələrək çempion olmağı bacarıb.
Görüşün ilk hissəsində geridə olan “sarı-qırmızılar” geridönüş edərək “Başakşehir”i 2:1 hesabı ilə məğlubiyyətə uğradıb və mövsümü “qızıl dubl”la başa vurub.
“Qalatasaray” bundan öncə “Akhisarspor” matçında üstün olaraq Türkiyə kubokuna yiyələnib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

