Azərbaycanda qazilər “ifrat müsəlman” adlandırıldı – FOTOFAKT
“Qanun nəşriyyatı”n çap etdiyi kitab narazılıq doğurub.
Minval.info xəbərinə görə, nəşriyyatın tirajladığı “Şerlok Holms” əsərində keçən sözün açılışı barədə verilən məlumat müzakirələrə səbəb olub. Belə ki, kitabın 8-ci səhifəsində “qazi” sözünün mənası “ifrat müsəlman” kimi qələmə verilib.
Məlumat üçün bildirək ki, müharibə veteranlarına, xüsusilə Dağlıq Qarabağ uğrunda gedən döyüşlərin iştirakçılarına qazi deyilir. Lakin kitabda sözün belə məna verdiyinin qeyd edilməsi sual doğurub.
Məsələ ilə əlaqədar Minval.info “Qanun” Nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu ilə əlaqə saxlayıb. O saytımıza açıqlamasında bildirib ki, həmin səhifədə texniki yanlışlıq olub: “Ola bilsin, kitabın orijinal versiyasından belə yazılıb. Tərcümə edilərkən olduğu kimi verilib, avtomatik səhv olub. Əslində, bu cür səhvlər ciddi məsələdir. Buna baxacağıq”.
Samir Mirzə
Minval.info


