“Qanun” nəşriyyatında bomba tapıldı: FHN hadisə yerində – FOTO
Tbilisi 76 prospektində, “Qanun” nəşriyyatın binası yanında qumbara tapılıb.
Bakupost.az xəbər verir ki, bu barədə nəşriyyatın direktoru, naşir Şahbaz Xuduoğlu məlumat paylaşıb.
Bildirib ki, binanın ətrafını təmizləyən fəhlə xoşbəxtlikdən beli qumbaraya toxundurmayıb:
“Şəkildən göründüyü kimi, qumbara istifadə olunmayıb, necə deyərlər “sağlamdır”. Fövqəladə Hallar Nazirliyinə xəbər verdik, çox sağ olsunlar, dərhal gəldilər”.
Hadisə yerində olan FHN əməkdaşları Bakupost.az -a bildirib ki, birazdan ətraflı məlumat veriləcək.





XƏBƏR LENTİ
2025/11/19 14:22

