Qanunsuz ov tüfəngləri götürülüb

İsmayıllı rayonunda müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Minval.İnfo-ya verilən məlumata görə, İsmayıllı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağbulaq kənd sakinləri S.Nurməmmədovdan və R.Əliyevdən 2 ədəd müvafiq sənədləri olmayan “İJ-18E” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

