“Damlaya qulaq asıb, damar kəsməklə məşğuldurlar” – Efirdə qalmaqallı çıxış (VİDEO)
“Space” TV-də yayımlanan “El bizim, sirr bizim” verilişində “oğlanları necə tərbiyə edək?” mövzusu ətrafında fikir mübadiləsi aparılıb.
Minval.info xəbər verir ki, proqrama dəvət alan yazıçı Mahmud Ağakişiyev (İkinci Mahmud) çıxışı zamanı “qaqaş” obrazı barədə söhbət açıb. O, bu modelin aradan qaldırılmasının vacib olduğunu bildirib.
Yazıçı əvvəlcə xarici ölkələrin və Azərbaycanın kişi obrazları barədə danışıb:
“Məsələn, türklərdə “dəliqanlı”, ruslarda “mujik”, avropada “centlemen” deyirlər. Bizdə “qaqaş” obrazı var. Onlar əsasən Biləcəri ərazisində yaşayırlar. Meyxanaya qulaq asırlar, ən sevimli müğənniləri Damladır. Damar kəsməklə məşğuldurlar, təsbeh oynadırlar və “Kent 8″ siqareti çəkirlər. Bu modeli sındırmaq lazımdır”.
O, həmçinin sosial şəbəkələrdə monitorinq apardığını və dəhşətə gəldiyini söyləyib: “Ciddi deyirəm. Orada dəhşətli məxluqlar var. Onlar profillərinə beşbarmaq, tapança, güllələrlə öz adlarının baş hərflərini yazıb qoyurlar. “Lotu” aləminə özənirlər. Arada eşidirəm, 8-9 yaşında uşaqlar bir-birilə “voravskoy” jarqonla danışırlar. Təfəkkürlərində dəhşətli anlayışları var”.
Ümid / Minval.info

