“Qarabağ” Avropa Liqasında “Linfild”lə matçda favorit sayılır
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Linfild” (İsrail) – “Qarabağ” (Azərbaycan) oyununun əmsalları açıqlanıb.
APA-nın məlumatına görə, bukmeker kontorları Ağdam klubunu favorit sayırlar.
Belfastda “Vindzor Park” stadionunda bu gün baş tutacaq matçda “Qarabağ”ın qələbəsi 1,42, məğlubiyyəti 7,20 əmsaldır. Matçda heç-heçəyə 5,10 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Cavab oyunu isə avqustun 29-da paytaxtımızda olacaq.
XƏBƏR LENTİ
2025/11/19 14:22

