“Qarabağ”da ciddi itki – “Arsenal”a qarşı oynamayacaq
Topaz Premyer Liqasının I turundan təxirə salınmış matçında “Qarabağ” “Zirə”ni qəbul etdiyi matçda ciddi itkiylə üzləşib.
Minval.info sportal.az-a istinadən xəbər verir ki, Ağdam klubunun cinah futbolçusu Donald Gerye çiynindən ağır zədələnib. Haitili oyunçunun çiyni çıxıb. O, oktyabrın 4-də baş tutacaq Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində “Arsenal”la oyunu buraxmalı olacaq.
Qeyd edək ki, “Qarabağ” – “Zirə” matçı meydan sahiblərinin 3:2 hesablı qələbəsiylə başa çatıb
XƏBƏR LENTİ
2025/11/19 14:22

