“Qarabağ”da Mahir şoku
Son Azərbaycan çempionu “Qarabağ” ciddi itki ilə üzləşib.
“Qafqazinfo” xəbər verir ki, Ağdam klubunun hücumçusu Mahir Emreli sıradan çıxıb.
Premyer Liqanın 10-cu turu çərçivəsində keçirilən “Neftçi” ilə oyunda zədələnən gənc futbolçu 4 həftə yaşıl meydanlardan uzaq qalacaq. O, bu səbəbdən Avropa Liqasında APOEL və “Sevilya” ilə səfər matçlarını da buraxmaq məcburiyyətində qalacaq.
XƏBƏR LENTİ
2025/11/19 14:22

