“Qarabağ”dan milyonluq transfer – Klub rəsmən açıqladı

“Qarabağ” heyətini daha bir futbolçu ilə gücləndirib.
Minval.İnfo Yenicag.az-a istinadən xəbər verir ki, söhbət Abdulla Zubirdən gedir.
Artıq Fransanın “Lans” klubu da rəsmi saytında məlumat yayaraq, 27 yaşlı hücumameyilli yarımmüdafiəçiyə “Qarabağ”da uğurlar arzu edib.
Qeyd edək ki, Fransa mətbuatının iddiasına görə, bu transfer Ağdam klubuna 1 milyon avroya başa gəlib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

