“Qarabağ” futbol klubu ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olub

“Qarabağ” klubu futbol üzrə Azərbaycan Premyer Liqasında vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib.

Minval.info saytı xəbər verir ki, “Report”un məlumatına görə, Ağdam təmsilçisi buna XXIV turda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub etməklə nail olub.

Səfərdə Dani Kintananın 34-cü dəqiqədə cərimə zərbəsindən vurduğu qolla qalib gələn Qurban Qurbanovun komandası xallarını 59-a yüksəldib. Bununla da “Qarabağ” mövsümün başa çatmasına 4 tur qalmış 42 xalla 2-ci pillədə qərarlaşan “Qəbələ” üçün əlçatmaz olub.

Bu, Ağdam komandasının ardıcıl 5-ci, ümumilikdə isə 6-cı çempionluğu kimi tarixə düşüb.

Eyni saatda start götürən “Neftçi” – “Qəbələ” görüşündə isə meydan sahibləri qalib gəlib. Ruslan Abışovun 4-cü dəqiqədə vurduğu qolla Azərbaycan Kubokunun yarımfinalında uduzduğu rəqibini üstələyən “ağ-qaralar” xallarını 37-yə çatdırıblar və “Zirə”ni keçərək, 4-cü pilləyə yüksəliblər.

İlk oyun günündə “Keşlə” “Zirə”ni 2:1 hesabı ilə məğlub edib. Bu gün baş tutmuş “Səbail” – “Kəpəz” qarşılaşmasında isə qalib müəyyənləşməyib.

İdman

Nəşr edilib: 2018/04/22 22:50

Baxış: 166


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06