“Qarabağ”ın Avroliqadakı rəqibləri bəlli oldu

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşibAzərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Monakoda keçirilən püşkatma mərasimində bəlli olub.

Ardıcıl 6-cı dəfə avrokubokların əsas mərhələsinə düşən Qurban Qurbanovun baş məşqçisi olduğu komanda A qrupunda mübarizə aparacaq. “Qarabağ”ın buradakı rəqibləri “Sevilya” (İspaniya), “Düdelanj” (Lüksemburq), həmçinin bu mövsüm Çempionlar Liqasında uduzduğu APOEL (Kipr ) klubları olacaq.

Qrup mərhələsinə sentyabrın 19-da start veriləcək.

“Qarabağ” 2014/15, 2015/16, 2016/17 və 2018/19 mövsümlərində də Avropa Liqasının qrupunda çıxış edib. Təmsilçimiz 2017/18 mövsümündə Çempionlar Liqasında eyni uğura imza atıb. Əvvəlki 5 cəhdində qrupdan çıxa bilməyən Ağdam klubu Azərbaycan futbolunda daha bir ilki gerçəkləşdirmək üçün ilk iki yerdən birini tutmalıdır.

Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” da avrokuboklarda 6-cı, Avropa Liqasında 5-ci dəfə əsas mərhələdə mübarizə aparacaq. Çempionlar Liqasında Albaniya “Partizani”si (0:0, 2:0) və İrlandiya “Dandolk”unu (1:1, 3:0) mübarizədən kənarlaşdırıb, Kipr APOEL-inə uduzan (2:1, 0:2) Qurban Qurbanovun yetirmələri Avropa Liqasına keçib. Burada Şimali İrlandiya “Linfild”i səfər qolu ilə yarışla vidalaşıb – 2:3, 2:1.

İdman, Vacib

Nəşr edilib: 2019/08/30 15:42

Baxış: 727


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06