“Qarabağ”ın “Dandalk”la oyunlarının vaxtı dəqiqləşib
Ağdamın “Qarabağ” klubunun Çempionlar Liqasındakı növbəti görüşlərinin vaxtı dəqiqləşib.
“Minval.info”nun məlumatına görə, Albaniyanın “Partizani” klubunu iki oyunun yekununda (0:0, 2:0) məğlub edən Azərbaycan çempionunun II təsnifat mərhələsində “Dandalk”la (İrlandiya) ilk matçı iyulun 24-də olacaq.
Dandalk şəhərində “Oriel Park” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Cavab oyunu isə iyulun 31-nə təsadüf edəcək. Bakıda “Dalğa Arena”da keçiriləcək görüş saat 21:00-da başlayacaq.
XƏBƏR LENTİ
2025/11/19 14:22

