“Qarabağ”ın qələbəsi Azərbaycanın xalını artırdı –UEFA reytinqi
Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarının ikinci günündən sonra UEFA reytinqi açıqlanıb.
Minval.info-nun məlumatına görə, keçirilən matçlardan sonra Azərbaycanın mövqeyi dəyişməz qalb. “Qarabağ”ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşündə “Kukesi”yə 3:0 hesabı ilə məğlub etməsi ölkəmizə 0.250 xal qazandırıb. Xalı 18.125-ə yüksələn Azərbaycan 23-cü pillədəki yerini qoruyub.
Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan İsveçin 18.400 xalı var.
XƏBƏR LENTİ
2025/11/19 14:22

