“Qarabağ” mərhələni keçəcəyi təqdirdə bu klubla qarşılaşacaq
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib.
Minval.info xəbər verir ki, Ağdam təmsilçisi Belarusun BATE komandasını üstələyəcəyi təqdirdə Hollandiya çempionu ilə üz-üzə gələcək.
Beləliklə, hazırkı çətin mərhələdən sonra “Qarabağ” növbəti dəfə güclü PSV komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, “Qarabağ” və BATE komandaları arasında ilk matç sabah saat 21:00-da Bakıda keçiriləcək. Cavab matçı bu ayın 14-də, eyni vaxtda Borisovda baş tutacaq.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

