“Qarabağ” – “Omoniya” oyununun hakimləri açıqlanıb

UEFA Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 25-da saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Omoniya” (Kipr) oyununun hakimləri açıqlanıb. Qarşılaşmanı Danimarkadan olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: Morten Krox
Baş hakimin köməkçiləri: Niels Hög, Steffen Beck Bramsen
Dördüncü hakim: Yorgen Daugbjerg Burxardt
XƏBƏR LENTİ
2025/11/19 14:22

