“Qarabağ” “Qəbələ”yə qalib gəlib liderliyə yüksəldi

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulub.
“Minval.info” xəbər verir ki, turun son oyun günündə 1 matç keçirilib.
“Qarabağ” doğma meydanda “Qəbələ”ni qəbul edib. Görüş Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb – 2:0. Bu nəticədən sonra “Qarabağ” xallarını 14-ə yüksəldib və vahid lider olub.
“Qəbələ” isə mövsümdə ilk məğlubiyyətini alıb.
3 oktyabr (bazar)
19:00.“Qarabağ” – “Qəbələ” – 2:0
Qol: Zubir, 52, Şeydayev, 66
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu
“Azersun Arena”
XƏBƏR LENTİ
2025/11/19 14:22

