Qarabağ qazilərindən Rauf Arifoğluna möhtəşəm dəstək… – FOTOLAR
Dekabr ayının 26-da “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoglunun 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən parlament seçkilərinə qatılması və seçki qərargahının yaradılması ilə bağlı keçirilən iclasda Qarabağ qazilərindən də böyük dəstək gəldi.
Musavat.com-un məlumatına görə, tədbirdə iştirak edən şəhid atası, könüllü batalyon komandiri Hacıəkbər Rüstəmov R.Arifoğluna açıq dəstək verdi və bu seçkilərdə hər zaman onun yanında olacağını dedi.
Tədbirdə eyni zamanda, Qarabağ qazilərindən Rüxsarə Cumayeva (Tutu ləqəbli) və Səfər Hümbətov da çıxış edərək, R.Arifoğluna dəstək verdiklərini bildiriblər.
Onlar seçki prosesi dönəmində Qarabağ qaziləri adından R.Arifoğlunun yanında olacaqlarını və Qarabağı sevən və zamanında torpaqlarımızın azadlığı uğrunda savaşan biri olaraq, ona dəstək verəcəklərini deyiblər.
Musavat.com




