Qarabağ qazisindən 135 min dollar istənilib

“Parabokt” ASC kredit təşkilatı 1-ci və 2-ci Qarabağ mübaribəsi iştirakçısı və əlili Məmmədəli Bağırova qarşı məhkəmə iddiası qaldırıb.
“Minval.info”nun xəbərinə görə, Suraxanı Rayon Məhkəməsində baş tutan iclas hakim Səlimə Miriyevanın sədrliyi ilə keçirilib.
Belə ki, maliyyə təşkilatı müharibə iştirakçısından 135 min ABŞ dolları kredit borcunun ödəməsini tələb edib.
Lakin məhkəmənin qərarına əsasən, “Parabokt” ASC-nin qaldırdığı iddia rədd edilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

