“Qarabağ” və “Neftçi”nin qış toplanışı üçün hazırlıq planı bəlli olub
“Neftçi” klubunun qış təlim-məşq toplanışı üçün planı bəlli olub.
Bu barədə Minval.info-ya paytaxt təmsilçisinin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib.
Onun sözlərinə görə, “ağ-qaralar” 10 – 25 yanvarda Türkiyənin Antalya şəhərində hazırlıq prosesi keçməyi planlaşdırır. Son ölkə çempionu burada 3 yoxlama matçı oynayacaq. Lakin hələkik rəqiblər bəlli deyil.
“Qarabağ” da toplanış üçün Antalyanı seçib. Ağdam klubunun Mətbuat Xidmətindən “Report”a bildirilib ki, “köhlən atlar” 12 – 26 yanvarda 3 yoxlama görüşü keçirmək istəyir.
Rəqiblərdən biri Polşa “Şlyonsk”udursa, digərləri hələlik dəqiqləşməyib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

