Qarabağda “İsgəndər-M” qalıqlarının tapılması müzakirə olunur – Peskov
Bakının Qarabağda “İsgəndər-M” raketinin qalıqlarını tapması ilə bağlı məlumatlar Rusiya və Azərbaycan hərbçiləri arasındakı sıx dialoqda müzakirə olunur.
Minval.info Trend-ə istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kreml nümayəndəsi “İsgəndər” qalıqlarının tapılması barədə mövzunun Rusiya və Azərbaycan prezidentlərinin telefon danışığı zamanı müzakirə olunub-olunmaması barədə sualı cavablandırarkən müvafiq məsələlərin hərbçilər arasında dialoq zamanı müzakirə olunduğunu bildirib.
XƏBƏR LENTİ
2025/11/19 14:22


