Qaradağda faciə: 15 yaşlı oğlan diri-diri yandı

Qaradağ rayonunda bədbəxt hadisə baş verib.
Minval.info-nun məlumatına görə, hadisə avqustun 24-ü saat 13:00 radələrində, rayonun Qızıldaş qəsəbəsində qeydə alınıb.
Belə ki, avtoservisdə usta köməkçisi işləyən qəsəbə sakini 2006-cı il təvəllüdlü Xəlil İxtiyar oğlu Hüseynov yanacağın alışması nəticəsində boyun gövdənin və aşağı ətrafın yanıq xəsarəti ilə 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Hazırda onun vəziyyəti orta ağırdır.
Hadisə ilə bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

