Qarlı havada Bakıda baş verən qəzaların sayı
Bakıda yağan qar səbəbindən iki gündə 50 yol-nəqliyyat hadisəsi baş verib.
Bakupost.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, Bakı şəhərində ötən gün 35, bu gün indiki saata qədər isə 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Qəzaların hamısı maddi ziyanla yekunlaşıb. Heç bir hadisədə ölüm və xəsarət halı qeydə alınmayıb”, – İdarənin baş inspektoru vurğulayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

