Qattuzo: “İbrahimoviç 10-12 əvvəlkindən daha güclüdür”
“Milan” İbraya çox inanır”.
Fanat.Az xəbər verir ki, bunu “Napoli”nin baş məşqçisi Cennaro Qattuzo deyib.
A Seriyasının 8-ci turunda çalışdırdığı komandanın qapısına 2 top vuran (1:3) Zlatan İbrahimoviçdən danışan Qattuzonun söylədiklərini “Football Italia” belə çatdırıb:
“Milanlılar Zlatana güvənməsəydilər, o, indi bu komandada olmazdı. Məncə, İbrahimoviç hazırda 10-12 əvvəlkindən daha güclüdür”.
Qeyd edək ki, bu mövsüm “Milan” formasıyla 10 oyuna çıxan 39 yaşlı İbrahimoviç 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22


