Qaxda ağır qəza: yaralılar var
Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə axşam saatlarında Qorağan-Qax avtomobil yolunun 5-ci kilometrliyində, rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, “LL-507-RR” Gürcüstan dövlət qeydiyyat nişanlı “BMV” markalı avtomobil yüksək sürətlə hərəkətdə olduğu zaman sürücü idarəetməni itirib və yol kənarındakı ağaclara çırpılıb.
Hadisə nəticəsində avtomobilin sürücüsü, Əlibəyli kənd sakini 1992-ci il təvəllüdlü Canaşvili Vaxtanqi Mate oğlu müxtəlif növ bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda yaralı müayinə olunur. Faktla bağlı araşdırmalara başlanılıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

